İQTİSADİYYAT


Azərbaycan Turizm Assosiasiyası ilk dəfə olaraq “ITB-ASIA-2018” sərgisində

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Sinqapurun Marina Bay Sands sərgi mərkəzində keçirilən 11-ci Asiya bazarları üçün beynəlxalq səyahət – “ITB-ASIA-2018” sərgisində iştirak edib.

AZTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə assosiasiyanın dəstəyi ilə 10 yerli şirkət iştirak edib və ölkəmizin turizm potensialı böyük maraqla qarşılanıb.

Assosiasiya üzvləri sərgi iştirakçılarına ölkəmizdə mövcud olan turizm məhsulları və istiqamətləri, o cümlədən yay və qış turizmi, ekoturizm, işgüzar turizm, müalicə turizmi haqqında geniş məlumat veriblər. Azərbaycan haqqında müxtəlif təbliğat materialları sərgi iştirakçıları arasında paylanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.