MƏDƏNİYYƏT


Azərbaycan Turizm Assosiasiyası regionlarda fəaliyyətini genişləndirir

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Şimal-Şərq, Şimal-Qərb, Qərb və Cənub regionlarında beş yeni nümayəndəliyini açıb.

AZTA-dan AZƏRTAC-a bildirilib ki, yeni yaradılan nümayəndəliklər yerləşdikləri bölgələrdəki turizm potensialının daha da yaxşı öyrənilməsi və daxili turizmin inkişafı üçün yeni imkanların yaradılmasına xidmət edəcək. Turizm potensialının öyrənilməsi və təşviqi ilə yanaşı, AZTA yerli əhalinin mikro və kiçik sahibkarlıq fəaliyyətinə cəlb edilməsi ilə, regionlarda məşğulluq prosesinə də öz töhfəsini verəcək. Xüsusilə də kənd yaşıl turizmi və aqrar turizmin inkişafı üçün böyük imkanlar yaranacaq.

Bundan əlavə, AZTA dünyanın 25 ölkəsində öz nümayəndəliklərinin fəaliyyətə başlaması haqqında da qərar qəbul edib. Nümayəndəliklər dünyanın müxtəlif ölkələrindəki turizm əlaqələrinin daha da genişləndirilməsi funksiyasını həyata keçirəcək. Həmçinin Azərbaycanın turizm potensialını həmin ölkələrdə təbliğ və təşviqini həyata keçirməklə gələcəkdə Azərbaycana daha çox turist cəlb etmək və gəlmə turizmini inkişaf etdirmək üçün səmərəli fəaliyyət təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.