ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir

Azərbaycan Turizm və Menecment Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir

Bakı, 30 iyul, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universiteti 2020-2021-ci tədris ili üçün Turizm və qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqə üç mərhələdən - sənədlərin qəbulu, müsahibə və sınaq dərslərinin keçirilməsindən ibarət olacaq.

Namizədlərə aid tələblər:

- Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);

- Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları;

-Tələbəyönümlü tədris metodikası;

- Kompüter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.

Tələb olunan sənədlər:

- Doldurulmuş müraciət və sillabus formaları;

- Şəxsiyyət vəsiqəsinin elektron surəti;

- Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər).

Namizədlərdən tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 2020-ci il avqustun 20-dir.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya [email protected]  vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.

Ətraflı məlumatla universitetin rəsmi “Facebook” və “Instagram” səhifələrində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.