ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) müxtəlif təşkilat və qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, “Prive Steak Gallery”nin struktur rəhbərləri - direktor Fuad Novruzlu, ümumi koordinator Ziyaettin Alamur və insan resursları üzrə aparıcı mütəxəssis Şəhla Miriyeva universitetdə olublar.

Görüşdə ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbələrdə öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə bərabər, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu qeyd edilib.

Ziyaettin Alamur “Prive Steak Gallery”nin fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlər haqqında məlumat verib.

Görüşdə ATMU ilə “Prive Steak Gallery” arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün təcrübə və iş imkanları, təlimlərin təşkili və s. əsas istiqamətlər üzrə razılıq əldə olunub. Görüşdə universitetin rektor müşaviri Elvin Yusifli, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və şöbənin baş mütəxəssisi Elnurə Əliyeva iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.