ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Sapphire” hotellər qrupunun baş icraçı direktoru Elçin Zeynalabdin Mirzə ilə görüş keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədovanın iştirak etdikləri görüşdə ali təhsil müəssisəsində beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu bildirilib.

Görüşün sonunda ATMU və “Sapphire” hotellər qrupu arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün praktik dərslər, müxtəlif təlimlərin təşkili və s. istiqamətlər üzrə razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.