ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universiteti publik hüquqi şəxsə çevrildi.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi” təsdiq edilib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Azərbaycan Turizm və Menecment Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının 3.19-cu bəndinə əsasən dövlət və bələdiyyə tərəfindən təhsil müəssisəsi (xüsusi təyinatlı təhsil müəssisəsi istisna olmaqla) publik hüquqi şəxs formasında yaradılır və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə əsasən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin təsisçisinin nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi, habelə nizamnamənin təsdiq edilməsi və dəyişdirilməsi, eləcə də yenidən təşkili və ləğvi üzrə səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bununla əlaqədar olaraq Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Turizm və Menecment Universitetinə çevrilmə yolu ilə yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi məqsədilə Nazirlər Kabinetinin 291 №-li Qərarı qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.