ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə iki özbəkistanlı tələbə təhsil alacaq

Bakı, 22 sentyabr, AZƏRTAC

2017-2018–ci tədris ilindən etibarən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ilk dəfə Özbəkistandan olan iki tələbə bakalavr və magistratura pillələrinin rus bölmələrində təhsil alacaq.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə universitetdə təhsil alan əcnəbi tələbələrlə keçirilən görüşdə məlumat verilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq təhsil proqramları və ikitərəfli əməkdaşlıq müqavilələri əsasında ATMU-da Türkiyənin Kastamonu Universitetinin iki, Rusiyanın Cənub Federal Universitetinin isə bir tələbəsi bakalavr pilləsində təhsil alacaq. Əcnəbi tələbələr bakalavr pilləsinin üçüncü və dördüncü kurslarının ilk semestr dərslərini tamamladıqdan sonra təhsillərini öz universitetlərində davam etdirəcəklər.

Tədbirdə rektor İlham Mədətov ATMU-nun fəaliyyət strategiyası barədə əcnəbi tələbələrə ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.