MƏDƏNİYYƏT


Azərbaycan Turizm və Menecment Universitetində otelçilik ixtisası üzrə mövcud fənn proqramı müzakirə olunub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) mehmanxana və restoran biznesi kafedrasının əməkdaşları və müvafiq müəssisə rəhbərlərinin iştirakı ilə otelçilik ixtisası üzrə sillabusların təhlili və müzakirəsi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ATMU-nun rektoru, professor Cəfər Cəfərov fənn proqramının təhlil və müzakirəsini faydalı təşəbbüs kimi qiymətləndirib, davamlı olacağına əminlik ifadə edib.

Tədbirin məqsədi müasir tələblərə cavab verən yeni, o cümlədən daha mükəmməl sillabuslar işləyib hazırlamaqdan ibarətdir. Alim və mütəxəssislər qarşıya qoyulan tələbi yerinə yetirməkdən ötrü müqayisəli şəkildə həm xarici ölkələrin, həm də Azərbaycanın müvafiq universitetlərində həmin ixtisas üzrə mövcud fənn proqramının hərtərəfli təhlilini aparıblar. Tədbirdə irəli sürülən fikir və əlavələr nəzərə alınmaqla yeni sillabusların hazırlanması və 2016-2017-ci tədris ilindən tətbiq olunması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.