ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində yaz imtahan sessiyasının gedişatı izlənilib
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasının gedişatını izləmək üçün “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, rektor İlham Mədətov sessiya ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imtahan qərargahının yaradıldığını bildirib. Rektor diqqətə çatdırıb ki, qərargaha daxil olan hər bir şikayət operativ araşdırılır, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır.
Qeyd edilib ki, ATMU-da üç fakültə fəaliyyət göstərir. İndiyədək ali təhsil müəssisəsinin turizm və qonaqpərvərlik fakültəsində bakalavriat və magistratura pilləsi üzrə 24 qrupda 74 imtahan keçirilib. Ümumi imtahan nəticəsi isə 3.600 həddindədir. Biznes idarəçiliyi fakültəsində 17 qrup üzrə 80 imtahandan 1978, xidmət mühəndisliyi fakültəsində isə 41 qrup üzrə 154 imtahandan 5600 nəticə alınıb.