ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetinin məzunları videoformatda təbrik edilib

Bakı, 9 iyul, AZƏRTAC

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov, IMC Krems Tətbiqi Elmlər Universitetinin Baş icraçı direktor, professor Karl Ensfelner bu ali məktəbin 2020-ci il məzunlarını videoformatda təbrik ediblər.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, təbriklərlə bağlı hazırlanmış videoçarxda rəsmilər məzunlara arzularını çatdırıblar.

Fuad Nağıyev məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyib.

Məzunlara böyük hədəflərə gedən yolda müvəffəqiyyətlər arzulayan İlham Mədətov gəncləri, valideynləri və müəllimləri təbrik edib.

Rektor, həmçinin məzunlarla iş haqqında məlumat verib, onlarla universitet arasında əməkdaşlıq və əlaqələrin daimi olacağını söyləyib.

IMC Krems Tətbiqi Elmlər Universitetinin Baş icraçı direktoru Karl Ensfelner məzunlara ünvanladığı müraciətdə bildirib: “Siz özünüzlə fəxr etməlisiniz! Bu gün Sizin gününüzdür! Məzun günüdür! Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti adından mən sizlərə hər cür gözəllik, uğurlu karyera və xoşbəxt həyat arzu edirəm!”.

ATMU-nu təhsil aldıqları ixtisaslar üzrə birinciliklə bitirən bakalavriatura və magistratura pillələrinin cari ildəki məzunlarının təbrik çıxışları da videoçarxda yer alıb.

Videoçarx ATMU-nun sosial şəbəkələrdəki hesablarında izləyicilərə təqdim edilib:

https://www.youtube.com/watch?v=ihVUe2MHiVQ  

Qeyd edək ki, ötən tədris ilində ATMU bir sıra uğurlara imza atıb. Universitetin turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi ən böyük nailiyyətlərindən biridir. Cənubi Qafqaz regionunda fəaliyyət göstərən ali təhsil müəssisələri içərisində ilk dəfə ATMU “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.

Hazırda ATMU-da 3 fakültə və 10 kafedra fəaliyyət göstərməklə təhsilin bakalavr pilləsi üzrə 12, magistratura pilləsi üzrə isə 18 ixtisas üzrə tədris həyata keçirilir. Həmçinin doktorantura və əlavə təhsil proqramlarına da qəbul aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.