SİYASƏT


Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi hazırda Müdafiə Nazirliyinin fəaliyyət planına daxil deyil

Bakı, 9 dekabr, AZƏRTAC

Müdafiə Nazirliyinin mətbuat xidməti Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin mümkünlüyü barədə məlumatın bəzi yerli KİV-lər tərəfindən təhrif edilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, çoxmillətli təlimlərin keçirilməsi barədə təklif ilk dəfə Türkiyə Baş Qərargahının ikinci rəisi general-polkovnik Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı səsləndirilib.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsi hazırda Azərbaycan Müdafiə Nazirliyinin yaxın perspektiv fəaliyyət planına daxil deyil”, - deyə məlumatda xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.