İQTİSADİYYAT


Azərbaycan, Türkiyə, Rusiya və İran İKT sahəsində konsorsium yaradacaq

Bakı, 4 dekabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycan, Rusiya, Türkiyə və İran informasiya və kommunikasiya texnologiyaları sənayesinin inkişafı üçün konsorsium yaratmaq barədə razılığa gəlib. AZƏRTAC xəbər verir ki, bu barədə "Bakutel-2018" sərgisi çərçivəsində keçirilən nazirlərin dördtərəfli görüşündə bildirilib.

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sözlərinə görə, yaradılacaq konsorsium peyk rabitəsi, poçt, kibertəhlükəsizlik, telekommunikasiya infrastrukturunun inkişafı və digər sahələri əhatə edəcək.

Nazir bildirib ki, Azərbaycan, Türkiyə, Rusiya və İran nazirlərinin dördtərəfli görüşü ilk dəfədir keçirilir və yaxın münasibətlərin formalaşması üçün Azərbaycan tərəfi bütün ölkələrin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaratmağı təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.