MƏDƏNİYYƏT


Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb VİDEO

İstanbul, 15 aprel, AZƏRTAC

Türkiyənin İzmir şəhərində Azərbaycan-Türkiyə birgə rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərləri sərgilənib.

Tədbirə ümumilikdə 32 rəsm əsəri təqdim olunub. Azərbaycanlı rəssamın 17 əsərində “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri”, “Azərbaycan”, türk rəssamın isə 15 əsərində sosial qeyri bərabərlik mövzuları yer alıb.

Rəssam Gülnarə Muxtarova Pamuk tədbirin əsas məqsədinin Azərbaycanı Türkiyədə, eləcə də dünyada daha geniş tanıtmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı rəssamın əsərlərinin bu ilin sonunda Belçikada sərgilənməsi planlaşdırılır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.