Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini (AXC) özgə torpaqda, özgə paytaxtda elan etdi. Fətəli xan Xoyski başda olmaqla hökumət təşkil olundu. Hökumət 20 gündən sonra Gəncəyə köçdü. Milli hökumətin əsgər və zabiti, demək olar ki, yox səviyyəsində idi.

Bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Bakının xilasından 103 il keçir” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan xalqının cəlladı S.Şaumyanın başçılığı altında Bakı Xalq Komissarları Soveti isə 1918-ci ilin aprelində təşkil edilmişdi. Bu qurumun 20 minə qədər hərbi qüvvəsi var idi. Zabitlərin hamısı, əsgərlərin böyük əksəriyyəti ermənilərdən təşkil edilmişdi. Azərbaycan xalqına düşmən olan bu qurum Milli Hökuməti Gəncədə boğmaq üçün iyunun əvvəllərində Korqanovun başçılığı altında hücuma keçdi.

Əgər Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi, sizcə, cümhuriyyətimizin aqibəti necə olardı?

O zaman Təzəpir məscidinin axundu, sonralar səkkizinci Şeyxülislamımız olan Ağa Əlizadə yazırdı: “Allah-Təala mələkləri Osmanlı əsgərlərinin simasında bizə köməyə göndərdi”.

Xəzərin sahilində dili bizim dildən, dini bizim dinimizdən
olan müsəlmanları erməni gavürlar öldürürlər

İlk əvvəl Gəncəyə kiçik bir hərbi heyətlə gələn 29 yaşlı Nuru paşa yəqin etdi ki, çarizmin yeritdiyi siyasət nəticəsində azərbaycanlılardan ibarət əsgər və zabit yox dərəcəsindədir. Çünki çarizm müsəlmanları, o cümlədən azərbaycanlıları hərbi xidmətə aparmırdı. Ona görə də Nuru paşa Türkiyə Cümhuriyyətinin hərbiyyə naziri, qardaşı Ənvər paşaya yazırdı: “Abi, Osmanlının şərəf və ləyaqətini qorumaq üçün mənə ordu göndər. Burda mənə lazım olan ordu yoxdur”.

Osmanlının Rumıniya cəbhəsindən bir xatirə: 5-ci ordu Rumıniyada öz işini başa çatdırdıqdan sonra ordu komandiri üzünü əsgərlərə tutaraq deyir: “Əsgər, müharibə bitdi. İndi rahat şəkildə məmləkətinizə dönə bilərsiniz. Neçə vaxtdır ki, nə evinizdən, nə də yaxınlarınızdan xəbəriniz var. Evinizə dönmək sizin haqqınızdır. Amma Xəzərin sahilində dili bizim dildən, dini bizim dinimizdən olan müsəlmanları erməni gavurlar öldürürlər, əmlaklarını yağmalayır, cocuqlara və qocalara olmazın işgəncələr verirlər. Onlar köməksizdirlər. Mən arxamı sizə çevirirəm. Haqqınız evlərinizə dönməkdir, amma Allah rizasına Xəzərin sahilinə köməyə gedəniniz də ola bilər”.

Komandir üzünü əsgərlərə çevirəndə nəyin şahidi olur? Bütün əsgərlər bir nəfər kimi Xəzərin sahilinə öz din qardaşlarını xilas etmək üçün düzülüblər.

Yetmişillik sovet tarixi bu həqiqətləri bizdən gizli saxladı. İnanmıram, bu gün kimsə bu fakta şübhə etsin. Şübhə edən varsa, deməli, o, bizdən deyil.

Sentyabrın 15-də Qafqaz-İslam ordusu Bakı şəhərini düşmən qüvvələrindən azad etdi. Təzəpirin axundu Ağa Əlizadə Bakı camaatının xahişini Nuru paşaya çatdırdı. Əhali öz xilaskarı ilə görüşmək istəyir. Nuru paşa razılıq verdi.

Məlumat üçün qeyd olunmalıdır ki, 1918-ci ilin mart qırğını zamanı Bakı camaatının böyük əksəriyyəti canını qurtarmaq üçün Bakını tərk etmişdi. Yalnız Nuru paşa Bakını azad edəndən sonra bu insanlar evlərinə dönə bildilər.

Bakının azad olunması Qurban bayramı günlərinə təsadüf edirdi

Bakının azad olunması Qurban bayramı günlərinə təsadüf edirdi. Nuru paşa kiçik bir heyətlə Təzəpirin həyətinə daxil oldu. Az qala bütün Bakı əhli Təzəpirin həyətinə yığışmışdı. Hamı xilaskarını yaxından görmək istəyirdi. Nuru paşa Ağa Əlizadənin müşayiəti ilə məscidə daxil olub minbərə çıxdı. Nitqi uzun olmadı, amma təsirli idi: “Gəncədən Bakıya uzanan yollarda çoxlu şəhidlərimiz oldu. Bu mübarizədə iki qardaşın qanı bir-birinə qarışdı. Bu qardaşlığa həmişə sadiq qalacağıq”.

Təzəpirin həyətində Nuru paşanın ayaqları altında çoxlu qurbanlar kəsildi. Nuru paşanın bütün paltarı qana bulaşmışdı. Evlərində qurban ətindən yemək bişirib məscidin həyətinə gələnlər paşanı məcbur edirdilər ki, bişirdiklərindən dadsın. Paşa da əsgər kimi əhalinin xahişini yerinə yetirirdi.

Mart soyqırımı günlərində böyük mesenat Hacı Zeynalabdin Tağıyev elan etmişdi ki, kim Bakını erməni gavurlarından azad etsə, övrətimin yaşadığı evi (indiki Azərbaycan Tarixi Muzeyi) ona ərməğan edəcəyəm. Hacı başda olmaqla minlərlə bakılı Nuru paşanı səbirsizliklə gözləyirdi. Nuru paşa Təzəpirdən qərargahına getdi. Paltarını dəyişəndən sonra Hacının evinə yollandı.

Hacı qonağını böyük məhəbbətlə qarşıladı. Söz verdiyi kimi evin açarını Nuru paşaya təqdim etmək istədi. Nuru paşa açarı götürmədi, amma Hacı haqqında xoş sözlər dedi.

Osmanlı ordusu Bakını tərk etməyə məcbur edildi

1918-ci il noyabrın 10-da Osmanlı Ordusu Bakını tərk etməyə məcbur edildi. Mudros barışığına görə Osmanlı dövləti Antanta dövlətləri tərəfindən məğlub elan olundu. Ona görə də Qafqaz-İslam ordusu da Bakını tərk etməli idi. Bakının bütün müsəlman əhalisi bu ordunu göz yaşları ilə yola saldı. Çünki Qafqaz-İslam ordusu xilaskar ordu idi. Bir həftə sonra müttəfiqlərin adından Bakıya daxil olan general Tomson Milli Hökumətimizi tanımaqdan imtina etdi.

Bakı öz tarixində həm Şirvanşahların, həm də Bakı xanlığının paytaxtı olub. Bakı ilk dəfə Nuru paşanın xilaskarlıq yürüşündən sonra bütün Azərbaycanın paytaxtı oldu.

82 ildən sonra reallaşan qərar...

1918-ci ilin dekabrında Azərbaycan parlamenti fəaliyyətə başladı. Parlamentin ilk qərarlarından biri Azərbaycanın haqq işi uğrunda şəhid olan osmanlı əsgər və zabitlərinə Bakının ən əzəmətli yerində abidənin qoyulması ilə bağlı oldu. 1920-ci ilin sovet işğalı buna imkan vermədi. 2000-ci ildə bu abidə Şəhidlər xiyabanında ucaldıldı.

Şəhidlər xiyabanını ziyarət edən hər bir azərbaycanlının ürəyindən bu sözlər keçir: “Allah sizə rəhmət eləsin, Ənvər paşa, Nuru paşa. Allah Bakını erməni faşizmindən xilas edən bütün osmanlı əsgər və zabitlərinə rəhmət eləsin!”.

Çox təəssüf ki, bu gün də yağı düşmən və onun havadarları bizdən əl çəkmirlər.

Biz düşmənə öz yerini göstərdik

Ermənistan 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan Respublikasına qarşı ərazi iddiası ilə çıxış etdi və 1988-ci ildən başlanan erməni xəyanəti 20 faiz torpaqlarımızın işğalı ilə nəticələndi. İşğalçı Ermənistan 30 ilə yaxın dədə-baba torpaqlarımızda at oynatdı. Amma bu, çox davam edə bilməzdi və nəhayət, 2020-ci ilin sentyabrın sonlarında Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etməyə başladı. 44 gün davam edən Vətən müharibəsi haqq işi uğrunda mübarizə aparan Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Biz düşmənə öz yerini göstərdik. Bu çətin günlərdə qardaş Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanında oldu və hər cür dəstəyi göstərdi. Dostlar dar gündə tanınar. Bizim dostluğumuz əbədi və sarsılmazdır. Çünki bu iki millətin qanı çoxdan bir-birinə qarışıb. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir