Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı bölgədə sabitliyin və təhlükəsizliyin qarantıdır

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı bölgədə sabitliyin və təhlükəsizliyin qarantıdır

Bakı, 7 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycan-Türkiyə əlaqələri, eləcə də iki qardaş ölkə arasında hərbi əməkdaşlıq dünyada artan qlobal və regional təhlükələr fonunda daha da sürətlə inkişaf edir. Daha dəqiq desək, qardaş ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın güclənməsi bölgədə sülhün və təhlükəsizliyin təmini baxımından böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı söyləyib.

M.İbrahimqızı bildirib: “Yaşadığımız üçüncü minilliyin ikinci onilliyində bəşəriyyət müxtəlif qlobal təhlükə və çağırışlarla üz-üzədir. Bu problemlərin doğurduğu təhdidlərin ildən-ilə artması və genişlənən coğrafiyası onlara qarşı dövlətlərin təkbaşına, yaxud da kollektiv şəkildə mübarizəsində ciddi çətinliklər yaradır. Bu mənada dünya dövlətlərinin əməkdaşlığının güclənməsi günün vacib məsələlərindəndir. Dünyanın bir parçası olan Azərbaycan da baş verən geosiyasi proseslər fonunda özünün milli maraqlarına uyğun, müxtəlif ikitərəfli və çoxtərəfli platformalarda, həmçinin üzvü olduğu beynəlxalq və regional təşkilatlarda mövqeyini daha da gücləndirir. Bu platformalardan biri, hətta ən əhəmiyyətlisi ildən-ilə daha da möhkəmlənən tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələridir”.

Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasının onların həm sevincli, həm də kədərli günlərdə həmişə bir-birinə dayaq durmasını şərtləndirdiyini bildirən deputat deyib: “Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinin vacib şərtlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək, Türkiyə-Azərbaycan əlaqələri bütün türk dünyası və türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün çox mühümdür”.

M.İbrahimqızı qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələr mövcuddur. Türkiyə Azərbaycanı təkcə qardaş ölkə kimi deyil, həm də regionda çox əhəmiyyətli strateji tərəfdaş olaraq görür və müxtəlif sahələrdə möhkəm təməllərə əsaslanan geniş əməkdaşlığın daha da inkişaf etdirilməsinə çox ciddi səylər göstərir.

Son illərdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında çox böyük sıçrayışın müşahidə olunduğunu qeyd edən deputat söyləyib: “Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafı bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin qarantıdır. Daha doğrusu, iki dövlət arasında hərbi sahədəki əməkdaşlıq regional təhlükəsizlik baxımından da çox vacibdir. NATO-nun aparıcı ölkələrindən biri olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli rola malikdir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış strateji müqavilələr, eləcə də təhlükəsizlik üzrə sənədlər ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafını zəruri edən amillərdəndir. “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə çox ciddi təkan verib.

Bildiyimiz kimi, Türkiyənin milli təhlükəsizlik konsepsiyası və strategiyası dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılıb. Belə ki, bu sənədlərdə Türkiyə sərhədlərində onun təhlükəsizliyini təhdid edən hər bir təhdidə ölkənin milli təhlükəsizliyinin qorunması kimi baxılır. Bu mənada Cənubi Qafqaz bölgəsi də rəsmi Ankara üçün strateji prioritetlərdən hesab edilir. Cənubi Qafqaz ölkələri, xüsusilə də Azərbaycan ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir. Ölkələrimiz arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlər üçün istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Hər iki ölkə terrorizmdən əziyyət çəkdiyindən bu istiqamətdə mübarizənin bu günü və perspektivləri diqqət mərkəzindədir. Belə ki, uzun illərdir Azərbaycanın işğal altında olan torpaqları nəzarətdən kənarda qaldığı üçün silah qaçaqmalçılığı, terrorçuluğun inkişaf etdirilməsi, narkotik dövriyyəsi üçün istifadə edilir. Bu isə təkcə ölkəmiz üçün deyil, həm də bütövlükdə region üçün təhlükədir. Transmilli, mütəşəkkil cinayətkarlığa qarşı Türkiyə-Azərbaycan birgə əməkdaşlığı bu qlobal təhlükə ilə birgə mübarizəni daim diqqətdə saxlayır”.

Ölkəmizdə hərbi sahədə ixtisaslaşmış kadrların hazırlanmasına qardaş ölkənin dəstəyini qeyd edən M.İbrahimqızı bildirib ki, Azərbaycanda sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və bu istiqamətdə Türkiyənin göstərə biləcəyi dəstək də mühüm hesab edilir. İki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi kadrların hazırlanması da əməkdaşlığın prioritetlərindəndir. Azərbaycan və Türkiyə hər sahədə tam müttəfiqdirlər. Bu mənada həm ikitərəfli səviyyədə, həm də NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir. Bu əməkdaşlıq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bəyannaməsində öz əksini tapıb. Bununla bərabər, ölkələrimiz arasında hərbi əməkdaşlıq üçün bu ilin fevral ayında Bakıda imzalanmış və iyulun 2-dən qüvvəyə minən “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Saziş geniş perspektivlərə yol açıb. Bu sənədin qüvvəyə minməsi ilə saziş çərçivəsində hazırlanmış illik plana uyğun olaraq, ölkələrin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlər keçirilib.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev təlimlər başa çatdıqdan sonra Türkiyənin Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafını yüksək qiymətləndirib. Hər il həm Azərbaycanda, həm də Türkiyədə hərbi təlimlərin keçirilməsini ənənə kimi dəyərləndirən dövlətimizin başçısı bu təlimləri Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü kimi qiymətləndirib.

“Ümumilikdə götürdükdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti Azərbaycanın haqlı tələblərini daim müdafiə edib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş tarixi torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə mütəmadi çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmini istiqamətində ardıcıl səylər göstərib və göstərir. 1992-ci ildən bu günədək bütün beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın işğalçılıq siyasəti, eləcə də Xocalı soyqırımı ilə bağlı onlarla qətnamələr qəbul edilsə də, təcavüzkar dövlət beynəlxalq hüquqa məhəl qoymur. Çox təəssüf ki, beynəlxalq təşkilatlar, eləcə də dünyanın böyük dövlətləri, ATƏT-in Minsk qrupunun həmsədrləri, hətta BMT Təhlükəsizlik Şurası hələ də Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Azərbaycanın bu haqq işində ancaq qardaş Türkiyə açıq mövqe göstərir, bütün platformalarda xalqımızın və dövlətimizin yanında olduğunu bəyan edir. Bu günədək qardaş Türkiyə Ermənistanla sərhədləri bağlayıb və diplomatik əlaqələri kəsib. Azərbaycanın iştirak etmədiyi platformada Türkiyə, Türkiyənin iştirak etmədiyi platformada Azərbaycan bir millət, iki dövlət missiyasını həyata keçirir. Azərbaycan Prezidentinin bir neçə il bundan əvvəl Türkiyənin iştirak etmədiyi mötəbər beynəlxalq tədbirdə Ermənistanın prezidentinin qardaş ölkə əleyhinə danışarkən onun sözünü kəsərək “Türkiyə burada yoxdur, amma mən varam, biz varıq” deməyi möhkəm və etibarlı dostluğumuzun sübutudur”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, elə bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinə “Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deməsi təkcə iki qardaş ölkədə deyil, beynəlxalq ictimaiyyətdə də rezonans doğurub. Azərbaycan Prezidentinin bu fikirləri hər iki dövlətin hər bir vətəndaşı üçün Türkiyə-Azərbaycan dostluğuna və qardaşlığına xidmət etməyin yol xəritəsidir. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə, həm də region üçün çox önəmli rol oynayıb.

M.İbrahimqızının sözlərinə görə, son vaxtlar imzalanan çoxsaylı sənədlər bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz köklərlə bağlıdır. Şübhəsiz ki, böyük geosiyasi və geoiqtisadi potensiala malik hər iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, həmçinin bölgədə iqtisadi inkişafın da gücləndirilməsinə təkan verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...