ELM VƏ TƏHSİL


Azərbaycan-Türkiyə elmi və ədəbi əlaqələri müzakirə edilib

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Ankara şəhərində Avrasiya Yazarlar Birliyinin sədri yazıçı Yaqub Öməroğlu ilə qarşılıqlı elmi-ədəbi əlaqələri müzakirə edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb. Avrasiya Yazarlar Birliyinin “Qardaş qələmlər” dərgisində Azərbaycan mövzusunun özünəməxsus yer tutması və daha da genişləndirilməsi məsələsi də nəzərdən keçirilib.

Müzakirədə Avrasiya Yazarlar Birliyinin üzvü tanınmış şair Əli Akbaş da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.