İQTİSADİYYAT


Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox birbaşa yatırım edən ölkələrdəndir

Bakı, 17 oktyabr, AZƏRTAC

Bu ilin 8 ayı ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox birbaşa investisiya yatıran ölkələrdən olub.

AZƏRTAC Türkiyə Mərkəzi Bankına istinadla xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan qardaş ölkənin iqtisadiyyatına 355 milyon dollar investisiya yatırıb.

Hollandiya (1 milyard 501 milyon dollar), İspaniya (1 milyard 046 milyon dollar) və Avstriya (308 milyon dollar) da qonşu ölkəyə ən çox birbaşa investisiya yatıran ölkələrdir. Belçika, Almaniya, Yaponiya, İngiltərə, Çin və ABŞ-ın yatırdığı birbaşa investisiyanın həcmi 100 milyon dollardan çox olub.

Bu ilin əvvəlindən Rusiya Türkiyəyə birbaşa investisiya yatırmayıb. Ötən ilin müvafiq dövründə Rusiya Türkiyəyə 259 milyon dollar investisiya qoymuşdu.

Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Türkiyə iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,8 faiz artaraq 4 milyard 851 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.