SİYASƏT


Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair müzakirələr aparılıb

Diyarbəkir, 17 yanvar, AZƏRTAC

Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev Türkiyənin cənub-şərq bölgəsində bir sıra rəsmi görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Diyarbəkir valisi Həsən Basri Gözəloğlu, Diyarbəkir Jandarma komandanı, general-mayor Mustafa Ərdəm, Xarici İşlər Nazirliyinin Diyarbəkir İdarəsinin rəisi, səfir İbrahim Mete Yağlı, Daxili İşlər Nazirliyinin Diyarbəkir vilayət idarəsinin rəisi Şükrü Yaman, Diyarbəkir Diclə Universitetinin rektoru Talip Gül, vilayətin Kayapınar rayonunun icra başçısı və rayon bələdiyyəsinin sədri Ünal Koç, eləcə də Milliyyətçi Hərəkat Partiyasının Diyarbəkır vilayət şöbəsinin sədri Cihan Kayaalp ilə keçirilən görüşlərdə Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin digər ölkələr üçün nümunə olduğu bildirilib. Qeyd olunub ki, tarixi köklərlə bağlı olan xalqlarımız və ölkələrimiz əbədiyyətə qədər çiyin-çiyinə olacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Diyarbəkir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.