SİYASƏT


Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına parlamentlərarası dostluq qrupları da töhfə verirlər

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Prezident İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd edib və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirib.

Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına parlamentlərarası dostluq qruplarının töhfə verdiyini söyləyən deputat bu xüsusda qarşılıqlı səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd edib.

Elmar Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, deputatlar arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.