MƏDƏNİYYƏT


Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələrinə həsr olunan panel keçiriləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 14-də “Azərbaycan-Türkiyə müştərək xalq oyunları və ənənələri” adlı panel keçiriləcək.

Bakı Yunus Əmrə İnstitutundan AZƏRTAC-a bildirilib ki, Novruz Bayramı münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək tədbirdə məqsəd hər iki ölkənin müştərək xalq oyunları və ənənələri mövzusunda elmi müzakirələr aparmaq və bu oyunların gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulamaqdır.

Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, Qeyri-Maddi Mədəni İrs Dərnəyi və Rəsmi və Qeyri-Rəsmi Təhsildə Qeyri-Maddi Mədəni İrs UNESCO Kürsüsü və AMEA-nın Folklor İnstitutunun birgə təşəbbüsü ilə reallaşacaq tədbirdə xalq oyunları və ənənələri ilə bağlı müxtəlif mövzularda məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.