Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri Avrasiyada sülh, təhlükəsizlik və inkişafa yönəlmiş fundamental strategiyadır

Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri Avrasiyada sülh, təhlükəsizlik və inkişafa yönəlmiş fundamental strategiyadır

Ankara, 15 may, AZƏRTAC

Ötən əsrin sonlarından başlayaraq bütün dünyanı təhdid edən münaqişələrin baş verməsi, onların dondurulmasına edilən cəhdlər və həllinə törədilən əngəllər müasir dövrdə daha böyük təhlükələrin meydana çıxmasına zəmin yaratdı. Bütün dövrlərdə böyük dövlətlərin maraqlarının toqquşduğu Anadolu və Qafqazda isə hazırda tamamilə fərqli bir mənzərənin şahidi olmaqdayıq. Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələr regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Fəxrlə deyə bilərik ki, hazırda bölgəmiz bütün dünyada ikitərəfli və çoxşaxəli münasibətlərə örnək bir regionuna çevrilib.

AZƏRTAC Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə və inkişaf yoluna nəzər salır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu rəşadətli Zəfər qazanaraq 30 illik işğala son qoymaqla beynəlxalq ədaləti bərpa etməsi böyük bir coğrafiyada əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlər kontekstindən yeni mənzərə yaradıb. Bu siyasi təntənənin təməlində Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, Liderlərimizin birgə qərarları və davamlı olaraq həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr dayanır. Yaranmış yeni münasibətlər sferası özündə iki mühüm amili ehtiva edir: əvvəla “3+3” formatında əməkdaşlıq təşəbbüsü region dövlətlərinin hamısı üçün bərabərhüquqlu inkişaf imkanları yaradıb və dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. İkincisi, mövcud vəziyyət türk dünyasının, onun inteqrasiya və birliyinin tərəfdarı olan dövlətlərin münasibətlərində kompleks inkişaf üçün cəlbedicilik formalaşdırıb. Hər iki vəziyyət qarşısıalınmaz proseslər kimi dinamik inkişafdadır.

Qarabağ Zəfəri qardaş ölkələrimizin tarixi səhifələrinə nur saçır

Qürurverici, əlamətdar hadisə və böyük fəxrdir ki, İkinci Qarabağ savaşında qazanılan Zəfər Türkiyə ictimaiyyətində Azərbaycana sevgini zirvələrə yüksəldib. İstər dövri mətbuatda, istərsə də elmi araşdırmalarda Qarabağda qazanılan Qələbə Çanaqqala Zəfəri, Sakarya zabitlər döyüşü, Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakının qurtuluşu, Osmanlı Şərq Ordusunun Naxçıvanda həyata keçirdiyi milli qurtuluş hərəkatı kimi tarixi hadisələrlə müqayisə olunur. Əlbəttə ki, bütün bu qürurverici tarixi anlar xatırlanarkən hazırda Türkiyənin gücünə güc qatan qüdrətli Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası məmnuniyyətlə xatırlanır, Ulu Öndərin parlaq şəxsiyyətinin qardaş ölkədə də həmişəyaşarlığının şahidi oluruq.

2020-ci sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatları nəticəsində başlayıb 44 gün davam edən İkinci Qarabağ savaşında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş dövlətin, onun hökumətinin və xalqının Azərbaycana göstərdiyi siyasi mənəvi dəstək yalnız işğal altındakı torpaqlarımızın azadlığının deyil, eyni zamanda, Türkiyənin qətiyyətli mövqeyinin təntənəsidir. Bütün dünya, eləcə də bölgəmizdə strateji maraqları olan bütün tərəflər bir daha əmin oldular ki, mövzu vətənin təhlükəsizliyi, torpaqların bütövlüyü, qardaş hüququnun qorunması olanda, belə məsələlər Türkiyədə müzakirə olunmur, yalnız qətiyyətli qərarlar qəbul edilir. Bəli, Qarabağ Zəfəri iki qardaş dövlətin və xalqın birlik təntənəsidir. Bu Zəfər qardaş dövlətlərimizin tarixi səhifələrinə nur saçır.

Azərbaycan-Türkiyə hərbi müttəfiqliyi Avrasiyada sülh və təhlükəsizliyə zəmin yaradır

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra qardaş Türkiyənin təcrübə və imkanlarından istifadə etməklə Silahlı Qüvvələrin inkişafı proritet məsələyə çevrilib. Bu istiqamətdə başlıca məsələlər aşağıdakılardır:

-Müdafiə sənayesi sahəsində əməkdaşlıq və birgə layihələr;

-Kadr hazırlığı;

-Birgə hərbi təlimlər və s.

Əlbəttə, yuxarıda sadalanan amillərin hər biri vacib və digərinin inkişafı üçün tamamlayıcı olsa da, iki qardaş müttəfiq ölkə arasında hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri birgə hərbi təlimlərin keçirilməsidir. Buna misal olaraq, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı-2019”, “TurAz Qartalı-2020” və “Heydər Əliyev-2020”, Konyada keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərini göstərmək olar.

Bununla yanaşı, Bakıda “ADEX-2014, “ADEX-2016”, “ADEX-2018”, İstanbulda isə “IDEF-2017”, “IDEF-2019” və “IDEF - 2021” beynəlxalq müdafiə sənayesi sərgilərinin təşkili hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verib. Bu baxımdan, 2020-ci il iyul ayının sonundan başlayan genişmiqyaslı “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimləri təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda, bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.

Tərəflər arasında hərbi əməkdaşlığın digər vacib tərəfi müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bütün bu və digər təlimlərin hər biri yüksək peşəkarlıqla başa çatıb. Bu hərbi əməkdaşlıq 44 günlük Vətən müharibəsində öz real nəticəsini göstərdi. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan bəhs edərkən sözsüz ki, İkinci Qarabağ müharibəsində hərb tarixində dastan olan Türkiyənin pilotsuz uçuş aparatlarının adı öndə getməlidir.

Liderlik xüsusiyyətləri Zəfərə aparan yolun təməlidir

Otuz il dağıdılıb məhv edilən ərazilərdə Qarabağ Zəfərindən sonra Azərbaycanın başladığı quruculuq və bərpa işləri dövlətimizin apardığı siyasətin əyani təzahürüdür. Əlamətdar haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasına daim öz məsələsi kimi yanaşan qardaş Türkiyə işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin aparılmasında da ölkəmizlə çiyin-çiyinədir. Prezident İlham Əliyevin dediyi kimi: “Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm də əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında. Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın təməlini qoyduq”.

Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, sonra Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi əbədi və dönməzdir. Bu qardaşlıq və müttəfiqlik Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın polad kimi möhkəm liderlik iradəsindən qaynaqlanan davamlı birlik və inkişaf strategiyasının təntənəsidir.

Ötən il iyunun 15-də Şuşa şəhərində imzalanan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə iki qardaş ölkənin birlik və həmrəyliyinin tərənnümü olmaqla bərabər, özündə üç mühüm tarixi ehtiva edir: Birincisi, bu Bəyannamə tarixi Qars müqaviləsini yeni çalarlarla təsdiqlədi; İkincisi, bu sənəd ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını özündə yaşadan Milli Qurtuluş Günündə imzalandı; Üçüncüsü isə iki qardaş lider tarixi sənədə Qafqazın incisi, türk dünyasının qeyrət qalası sayılan Şuşada imza atdılar.

Hazırda davamlı inkişafda olan Azərbaycan-Türkiyə münasibətləri bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq və regional təşkilatlar, həmçinin Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə, Azərbaycan-Türkiyə Qarışıq Komissiyası kimi mexanizmlər çərçivəsində genişlənməkdə və möhkəmlənməkdədir.

Zəngəzur dəhlizini həyat yoluna çevirən gerçəklər

Bəhs etdiyimiz kimi, İkinci Qarabağ müharibəsində qazanılan rəşadətli Qələbə əməkdaşlıq və faydalı münasibətlər baxımından Azərbaycana və Türkiyəyə olan geosiyasi ehtiyacı əhəmiyyətli dərəcədə artırıb. Məhz bu Qələbə nəticəsində artıq beynəlxalq platformalarda münaqişədən deyil, əməkdaşlıq və inkişafdan danışılır ki, bu mövzuda ön sırada Zəngəzur dəhlizi dayanır. Əvvəla qeyd etmək lazımdır ki, böyük müdrikliklə mehriban qonşuluq və səmimi dostluq siyasəti yürüdən Prezident İlham Əliyev qonşu İranla münasibətləri dinamik inkişafda saxlamaqla, Zəngəzur dəhlizinin reallaşması üçün mühüm uğura nail oldu. Bu nəhəng siyasətin real nəticəsi olaraq bu il martın 11-də Azərbaycan ilə İran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası (MR) arasında yeni kommunikasiya xətlərinin yaradılması haqqında Anlaşma Memorandumu da imzalandı. Memoranduma əsasən Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Yuxarıda qeyd etdiyimiz mühüm anlaşma Zəngəzur dəhlizinin açılmasının alternativsizliyinin təsdiqidir. Əks halda, Ermənistan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars boru kəmərləri, TANAP kimi layihələrdən məhrum edildiyi kimi, perspektivdəki yeni layihələrdən də təcrid olunmuş vəziyyətə düşə bilər.

Zəngəzur dəhlizi Avrasiyada məkanında inkişaf və tərəqqi yolu seçən bütün ölkələr üçün həm milli, həm də beynəlxalq əhəmiyyətli layihədir. Ən azı ona görə ki, bu dəhliz bütün tərəflərə rahat və qısa, təhlükəsiz daşımalar, inkişaf və tərəqqi, turizm və çoxmədəniyyətli ünsiyyət vəd edir. Bu dəhlizin açılması Avrasiyada əməkdaşlıq imkanlarını genişləndirəcək və geniş bir coğrafiyanın cəlbediciliyini artıracaq ki, bunun üçün də Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri çox mühüm əhəmiyyət kəsb edir.

Müasir informasiya məkanında dayanaqlı dəstək

Azərbaycan və Türkiyə media sahəsində də uğurla əməkdaşlıq edirlər. Beynəlxalq informasiya məkanında təkcə Azərbaycanın deyil, bütün türk dünyasının xəbər carçısına çevrilən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Türkiyənin Anadolu Agentliyinin ən yaxın və etibarlı tərəfdaşıdır. AZƏRTAC ilə Anadolu Agentliyi arasında sıx tərəfdaşlıq əlaqələri nümunəvi örnəyə çevrilib. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir.

Bu iki agentlik təkcə qardaş ölkələrimiz arasında deyil, ümumilikdə türk dünyası dövlətləri arasında media sahəsində əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Məlum olduğu kimi, mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək səviyyəli rəsmilərinin 4-cü toplantısı keçirildi. Tədbirdən sonra Anadolu agentliyinin Baş direktoru və İdarə Heyətinin sədri Sərdar Karagöz AZƏRTAC ilə birlikdə türk dünyası xəbər agentlikləri birliyini yaradacaqlarını bildirərək dedi: “Bu, olduqca vacibdir. Sadəcə, bir-birimizə foto, video, xəbər ötürülməsi baxımından deyil, türk dünyasının, ictimaiyyətinin bir-birinə yaxınlaşması və türk mədəniyyətlərinin bir-biri ilə daha yaxın olması baxımından da xəbər agentlikləri birliyini olduqca əhəmiyyətli hesab edirik. Anadolu Agentliyi bunun liderliyini AZƏRTAC-la birgə həyata keçirir ki, bundan da çox məmnunuq. Bu, eyni zamanda, cəmiyyətlərimizin daha yaxından ünsiyyətdə olmasına dəstək verəcək”. Bu fikirlər bir daha göstərir ki, artıq türk dövlətləri müasir informasiya məkanında qarşılıqlı faydalı dayanıqlı dəstəyi milli ehtiyac kimi qəbul ediblər və bu prosesdə əsas rolu məhz qardaş ölkələrimizin - Azərbaycanın və Türkiyənin milli informasiya agentlikləri öz üzərilərinə götürürlər.

İqtisadiyyat, ticarət, elm, təhsil və digər sahələrdə qarşılıqlı əməkdaşlıq

Eyni zamanda, qeyd etməliyik ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, ticarət, elm və təhsil kimi vacib sahələrdə də dinamik inkişaf mövcuddur. Xüsusilə nəqliyyat və kommunikasiyada sahələrində nəhəng layihələr böyük bir coğrafiyada həyatı sürətlə dəyişir. Xarici sərmayənin ölkəyə cəlb edilməsi, yerli istehsalı artırmaq, ixracatı yüksəltmək sahələrindəki tədbirlər böyük nəticələr verməkdədir. Yeni texnologiyalara milli istehsalın gücü ilə nail olmaq hər iki ölkə üçün prioritet istiqamətlərdir.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqtisadi vəziyyətini belə şərh edib: “Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri durmadan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye istehsalı və ixracı hər ay yeni rekordlara imza atır. 2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixracımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq”.

İqtisadi sahədəki sıçrayışlı inkişafın daha bir real təzahürü kimi Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə mayın 14-də açılışı keçirilən Rize-Artvin Hava Limanının istifadəyə verilməsidir. Azərbaycan dövlət başçısının çıxışından bir məqama diqqət edək: “Bu hava limanının açılışı Türkiyədə gedən çox xoş və uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə gündən-günə güclənir, sürətlə inkişaf edir. Bütün bunun təməlində aparılan siyasət, əziz qardaşımın böyük əməyi, zəhməti vardır. Türkiyə bu gün nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə içində də böyük layihələr icra etməyə qadirdir. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələri qeyd etmək istərdim. Hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar – bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və bütün bu işlərin mərkəzində insan amili dayanır, dövlət siyasəti dayanır”.

Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər çoxşaxəli və genişmiqyaslıdır. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Əminliklə söyləmək olar ki, son zamanlar iki ölkənin müxtəlif sahələrdə birgə həyata keçirdikləri layihələr Azərbaycan ilə Türkiyə arasında münasibətləri daha yüksək səviyyəyə yüksəldəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib