SİYASƏT


Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan, Türkiyə və Qazaxıstan arasında əməkdaşlığın inkişafı bütün sahələrdə səmərəli nəticələr verə bilər. Bunun üçün iş adamları arasında birgə fəaliyyət planı hazırlanıb, həyata keçirilməlidir.

Bu fikirlər Qazaxıstanın Aktau şəhərində Azərbaycanın və Türkiyənin baş konsulları ilə azərbaycanlı iş adamlarının görüşündə səslənib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Aktaudakı Baş Konsulluğundan məlumat verilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğunda keçirilən görüşdə Türkiyənin bu şəhərdəki Baş konsulu Sabri Alptekin və digər rəsmi şəxslər, eləcə də iş adamları iştirak ediblər.

Görüşdə iqtisadi, humanitar, mədəniyyət sahəsində ikitərəfli, eləcə də, Azərbaycan, Türkiyə və Qazaxıstan arasında üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, bu istiqamətdə mövcud vəziyyətə uyğun əlverişli imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğun başçısı vəzifələrini icra edən Elçin Məmmədov bu cür görüşlərin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, belə görüşlər ölkələrimizin regional və qlobal layihələrdə iştirakının vacibliyini sürətləndirəcək.

Türkiyənin Aktaudakı Baş konsulu S.Alptekin regionda fəaliyyət göstərən Türk və Azərbaycan, eləcə də Qazaxıstan iş adamları arasında birgə görüşlərin, biznes forumların təşkilinin faydalı olacağını qeyd edib.

Görüşlərin davamlı olmasının vacibliyi vurğulanıb, növbəti görüşün Türkiyənin Aktaudakı Baş Konsulluğunda keçirilməsi barədə razılıq əldə olunub.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.