SİYASƏT


Azərbaycan, Türkiyə və Qazaxıstan nazirlərinin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi imzalanıb

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 27-də Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Xatırladaq ki, ilk üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.