İQTİSADİYYAT


Azərbaycan Türkiyəyə 19,5 milyard dollar investisiya yatırıb

Azərbaycan Türkiyəyə 19,5 milyard dollar investisiya yatırıb

Bakı, 2 dekabr, AZƏRTAC

Dünyada baş verən proseslərə rəğmən, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə edilir. Belə ki, iki ölkə arasındakı xarici ticarətin həcmi 2016-cı ildəki 2,3 milyard ABŞ dollarından 2021-ci ildə iki dəfə artaraq təqribən 5 milyard ABŞ dollarına bərabər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu rəqəm artıq 4,2 milyard ABŞ dollarına çatıb. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2 minə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.