İDMAN


Azərbaycan UEFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan UEFA-nın reytinq cədvəlində 2 pillə irəliləyib.

AZƏRTAC xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub. Ölkəmizin aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.

Beləliklə, 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın "Legiya" komandası Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.

Qazaxıstan isə 15,500 xalla 29-cu pillədə yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.