İDMAN


Azərbaycan UEFA-nın reytinq cədvəlində bir pillə irəliləyib

Bakı, 17 sentyabr, AZƏRTAC

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulduqdan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16,125-ə çatıb. Hesabında 15,950 xal olan Rumıniya isə 1 pillə geriləyərək 26-cı sıraya enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.