İDMAN


Azərbaycan UEFA-nın reytinqində mövqeyini qoruyub

Bakı, 25 noyabr, AZƏRTAC

Avrokubokların qrup mərhələsinin beşinci turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” Bakıda “Omoniya” ilə heç-heçə edib. 2:2 hesablı bərabərlik Azərbaycanın reytinqinə 0,250 xal gətirib. Bununla da ölkəmiz tarixinin rekordunu təkrarlayaraq bir mövsümdə 4,375 xal toplamağı bacarıb. Buna 3-cü dəfə təsadüf olunur.

Son 5 ilə əsasən hesablanan reytinqimiz 17,000-ə yüksəlib. Bu, sıralamada mövqeyimizə təsir etməyib. Azərbaycan Avropada 25-ci pillədə qalıb.

Qeyd edək ki, cədvələ 99,212 xala malik İngiltərə başçılıq edir.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.