İDMAN
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.
AZƏRTAC xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə İsveçrənin “Sürix” klubu ilə əlavə vaxtda 2:2 hesablı səfər heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə ölkəmizin aktivinə daha 0,125 xal gətirib.
Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 0,625-ə, son 5 mövsümdə isə 13,250-yə çatdırmasına baxmayaraq 29-cu pillədə qalıb.
Azərbaycanın digər təmsilçiləri “Neftçi”, “Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki cavab görüşlərini bu gün keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]