İDMAN


Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan UEFA reytinqində 2022/2023-cü il mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

AZƏRTAC xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Macarıstanın "Ferentsvaroş" klubu ilə 1:1 hesablı ev heç-heçəsi sayəsində mümkün olub. Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan ölkəmizin aktivinə daha 0,125 xal gətirib.

Lakin Azərbaycan bu mövsüm üzrə xal sayını 1,375-ə, son 5 mövsümdə isə 14-ə çatdırmasına baxmayaraq, 29-cu pillədə qalıb. 28-ci sırada 15,125 xalla Polşa qərarlaşıb.

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Neftçi” üçüncü təsnifat mərhələsində ilk oyununu bu gün keçirəcək. Rəqib Avstriyanın "Rapid" (Vyana) klubu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.