İDMAN


Azərbaycan U-19 millisi bolqarıstanlı həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının oktyabrın 20-dən etibarən Bakıda təlim-məşq toplanışı olacaq.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-də Bolqarıstana yola düşəcək yığmamız dörd gün orada hazırlıq keçəcək. U-19 təlim-məşq toplanışı çərçivəsində oktyabrın 23-də və 25-də Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.