Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri Əli Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, ölkəmizdə keçirilmiş prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi “Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyəti adından səmimi qəlbdən təbrik edək və Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətinizdə yeni uğurlar arzulayaq.

Doğma Azərbaycanımızda sabitliyin, əmin-amanlığın qorunması, ölkəmizin daha da inkişafı, tərəqqisi, beynəlxalq nüfuzunun artması istiqamətində həyata keçirdiyiniz müdrik siyasəti dəstəkləyir və bu yolda hər zaman Sizin yanınızdayıq. İş adamları cəmiyyəti olaraq bundan sonra da Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının güclənməsində səylərimizi əsirgəməyəcəyik.

Sizə möhkəm cansağlığı, uğurlar diləyir və səmimi arzularımızı çatdırıram.

Hörmətlə,

Əli Əliyev

“Azərbaycan-Ukrayna sahibkarları və sənayeçiləri” Cəmiyyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin