Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır

Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə milli faciə miqyaslı təhlükələrlə üzləşib. 1990-cı illərin əvvəli ölkəmiz və xalqımız üçün ən faciəli dövrlərdən biri idi. Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək, parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən havadarlarının köməyinə arxalanan Ermənistanla aparılan müharibə, digər tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu. Vəziyyətin getdikcə daha da kəskinləşməsi ölkədə hakimiyyət dəyişikliyini və rəhbərliyə təcrübəli, dövlət quruculuğunda səriştəli, əhali arasında və xarici aləmdə tanınan və nüfuzu olan şəxsin gəlməsini zəruri edirdi. Bu şəxs həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyev idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin əməkdaşı Elmar Məmmədov bildirib.

Elmar Məmmədov qeyd edib ki, o vaxt hakimiyyətsizlik, iqtisadi və siyasi böhranın baş alıb getməsi, Azərbaycan ərazilərinin bir-birinin ardınca işğalı, əhalinin sosial vəziyyətinin günbəgün ağırlaşması “Müsavat”–“AXC” hakimiyyətinə etimadsızlığı gücləndirirdi. Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24–də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərsə də buna nail ola bilmədi. Çünki Heydər Əliyevin arxasında xalq dayanmışdı.

“Bununla yanaşı, Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə artan özbaşınalıq, cəbhədə yaranmış gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı gücləndirirdi. Bunun məntiqi nəticəsi kimi 1993–cü il iyunun 4–də Gəncədə qiyam baş verdi, qardaş qanı axıdıldı, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar məsuliyyətdən yayınmaq üçün Heydər Əliyevi Azərbaycana rəhbərliyə dəvət etməyə məcbur oldu. Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə yenidən respublika rəhbərliyinə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və ölkəni inkişaf yoluna çıxara bilər”, – deyə YAP Gənclər Birliyinin əməkdaşı E.Məmmədov vurğulayıb.

E.Məmmədov deyib ki, xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993–cü il iyunun 15–də Ali Sovetin sədri, bir müddət sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkədə baş vermiş tarixi hadisələr, faciələrimiz çox keçmədən parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi–siyasi qiymət verildi. Separatçı ermənilər tərəfindən başlanmış Ermənistan–Azərbaycan müharibəsində 1994–cü il mayın 12–də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi-iqtisadi sabitlik bərqərar oldu, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı və müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial–iqtisadi tənəzzülün qarşısı alındı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994 və 1995–ci illərdə dövlət çevrilişinə cəhd etdi. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş antimilli hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

YAP Gənclər Birliyinin əməkdaşı qeyd edib ki, bu gün Ümummilli Liderin bizə ərməğan qoyduğu dövlətimiz möhkəm təməllərə əsaslanır. Biz gənclər həm də ona görə xoşbəxtik ki, məhz Heydər Əliyevin zəngin ideyalarının davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla addımlayırıq. Bu gün ulu öndər Heydər Əliyev siyasətinin dövlətimizin başçısı tərəfindən layiqincə davam etdirilməsi və zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, həyata keçirilən əzəmətli layihələr, reallaşdırılan inqilabi islahatlar Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin ideyalarının təntənəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir