CƏMİYYƏT


Azərbaycan Ümumdünya Gənclər Nazirlərinin Konfransında və “Lisboa+21” Gənclər Forumunda təmsil olunub

Bakı, 25 iyun, AZƏRTAC

Lissabonda Ümumdünya Gənclər Nazirlərinin Konfransı və “Lisboa+21” Gənclər Forumu təşkil olunub.

Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasından (NAYORA) AZƏRTAC-a bildiriblər ki, forumda gənclər sahəsi üzrə nazirlərin görüşü keçirilib.

Tədbirdə BMT-nin portuqaliyalı Baş katibi Antonio Quterreş və Portuqaliyanın Baş Naziri iştirak ediblər. Forumda ölkəmizi Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev və NAYORA-nın sədri Məryəm Məcidova təmsil ediblər.

Dünya Gənclər Nazirlərinin iclasının açılış mərasimində Lissabon şəhərinin meri, Portuqaliyanın Təhsil naziri və Gənclər Təşkilatları Milli Şurasının sədrinin çıxışı dinlənilib.

Tədbirin birinci günündə beynəlxalq mövzuların aktuallığı, okeanlar, çoxtərəfli münasibətlərin vacibliyi, iqlim dəyişikliyi, həmçinin BMT-yə aid ümumi məsələlər müzakirə olunub. Sonrakı gündə isə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, BMT-nin Baş katibi Antonio Quterreş çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi tərəfindən keçirilən “Gənclər və dövlət” sessiyasının məruzəçiləri qismində iştirak ediblər.

Növbəti gün gənclərin problemləri, nazirlər və gənclər təşkilatlarının təmsilçiləri arasında BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri – 2030” Gündəliyi çərçivəsində gənclər siyasəti və proqramları müzakirə edilib.

Forumun bağlanış mərasimində BMT Baş katibinin gənclər üzrə səfiri Cayatma Vikramanayake tərəfindən təqdim olunmuş “Lisboa+21” bəyannaməsi elan edilib.

Tədbir BMT-nin Baş katibi Antonio Quterreşin yekun nitqi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.