İDMAN


Azərbaycan Universal Döyüş Federasiyasına yeni vitse-prezident təyin olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) İcraiyyə Komitəsinin iclası keçirilib.

AUDF-dən AZƏRTAC-a bildiriblər ki, İcraiyyə Komitəsinin qərarı ilə Samir Əhmədov federasiyanın yeni vitse-prezidenti vəzifəsinə təyin edilib. S.Əhmədov, həmçinin AUDF-nin İcraiyyə Komitəsinə də üzv seçilib.

Yeni vitse-prezidenti federasiyanın kollektivinə təqdim edən AUDF-nin prezidenti Azər Həsənov yeni işində ona uğurlar arzulayıb. O, ölkəmizdə adıçəkilən idman növünün inkişafı istiqamətində görülən işlərdən danışaraq, bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib.

Federasiya prezidenti qeyd edib ki, bu ilin sonunda universal döyüşçülərimizi məsul yarış - dünya çempionatı gözləyir. Komandanın mötəbər yarışa ciddi hazırlaşdığını deyən A.Həsənov dünya çempionatında yüksək nəticələrin əldə olunacağına inandığını qeyd edib.

Ona bəslənilən etimada görə təşəkkürünü bildirən yeni vitse-prezident universal döyüş idman növünün inkişafı, kütləviləşməsi, bu sahədə nailiyyətlərin daha da artması istiqamətində əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.

S.Əhmədov bildirib ki, qarşısında dayanan əsas vəzifə regionlarda bu idman növünün təbliğ və inkişaf etdirilməsi, məşqçilərlə işin düzgün təşkili, yeniyetmə və gənclərin bu sahəyə cəlb olunaraq yüksək nəticələr qazanmalarına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.