ELM VƏ TƏHSİL


Azərbaycan Universiteti “Education 2018” sərgisində güzəştli şərtlərlə təhsil təklif edir

Bakı, 12 oktyabr, AZƏRTAC 

Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində uğurla təmsil olunur.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, sərgiyə gələnlərə bakalavr, magistratura və doktorantura pillələrində tədris olunan ixtisaslar, ali məktəbin beynəlxalq əlaqələri və qoşulduğu mübadilə proqramları, xaricdə təhsil imkanları, tətbiq edilən təqaüd proqramları haqqında məlumat verilir. Stenddə universitetin son bir ildə əldə etdiyi nailiyyətlər, professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, informasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələrinin hazırladıqları robot və elektronika cihazları nümayiş olunur. Tələbələrin layihə və əl işləri xüsusilə məktəblilərin böyük marağına səbəb olur.

Sərgi ziyarətçiləri videoçarx, jurnallar və infomateriallar vasitəsilə universitetin fəaliyyəti, tədris imkanları, maddi-texniki bazası, tələbə həyatı haqqında ətraflı məlumat əldə edirlər.

Azərbaycan Universitetinin sərgiyə gələnlərə sürprizi də var. Belə ki, ziyarətçilərə təhsil ödənişində güzəşt nəzərdə tutan beş ədəd vauçer təqdim ediləcək. Vauçer sahibləri universitet stendinin ziyarətçiləri arasından çəkilişlə müəyyənləşdiriləcək. Hər vauçer birinci tədris ilinin təhsil ödənişində on faiz güzəşt nəzərdə tutur. Vauçerlər yalnız 2019/2020-ci tədris ilində istifadə oluna biləcək. Vauçerdən qalibin özü yaxud birinci dərəcədən yaxınları (oğul, qız, bacı, qardaş) istifadə edə bilər.

“Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgi oktyabrın 13-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.