ELM VƏ TƏHSİL


Azərbaycan Universiteti beynəlxalq təhsil sərgisində uğurla təmsil olunur

Bakı, 11 oktyabr, AZƏRTAC 

Azərbaycan Universiteti 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində - “EduExpo”da öz stendi ilə təmsil olunur.

Universitetdən AZƏRTAC-a bildirilib ki, stendin yerli və xarici ziyarətçilərinə ali məktəbdə tədris olunan ixtisaslar, akademik heyəti, beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, maddi-texniki bazası, elmi fəaliyyəti və uğurları, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilir. Eyni zamanda tətbiqinə yeni başlanan kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edən, Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə beynəlxalq ikili diplom proqramı haqqında məlumat verilir, infomateriallar təqdim olunur, suallar cavablandırılır.

Universitetin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri stenddə qurulmuş “MiniLab”da laboratoriya işləri yerinə yetirirlər. Həmin işlər sərginin yekununda nümayiş etdiriləcək.

Stenddə universitetin professor-müəllim heyətinin kitab, monoqrafiya və dərs vəsaitləri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi tələbələrinin hazırladıqları robot və elektronika cihazları da nümayiş olunur.

Sərginin təqdimat zonasında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan Universitetinin özəl təqdimatı təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.