ELM VƏ TƏHSİL


Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalı Rusiyanın elmi istinad bazasında indekslənir

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycan Universitetinin bir neçə ay əvvəl Rusiyanın E-LIBRARY (RİNS) elmi istinad bazasına daxil edilmiş “İpək Yolu” elmi jurnalı redaksiya heyətinin apardığı səmərəli işlərin nəticəsi olaraq bu həftədən etibarən jurnal bu bazada indekslənməyə başlayıb. Qeyd edək ki, bu bazaya Azərbaycandan 67 elmi jurnal daxil olsa da, onlardan yalnız yeddisi indekslənir. Bu isə “İpək Yolu”nun elmi məcmuə olaraq elmi ictimaiyyət tərəfindən getdikcə daha ciddi qəbul olunmasının göstəricisidir.

Azərbaycan Universitetindən AZƏRTAC-a bildiriblər ki, nəşrin elektron səhifəsinin yaradılması, daxil olan bütün məqalələrin rəyləşdirilməsi və bununla da çap olunan məqalələrin elmi keyfiyyətinin yüksəldilməsi jurnalın nüfuzunun artmasında mühüm rol oynayıb.

RİNS Rusiyanın əsas elmi istinad mənbəyi hesab edilir və “Thomson Reuters” Agentliyinin “Clarivate Analytics” təşkilatı ilə əməkdşlıq edir.

1997-ci ildən nəşr olunan “İpək Yolu” jurnalı bundan əvvəl “Academic Keys” (ABŞ), “ResearchBib (Academic Resource Index)” (Yaponiya), “Scientific Indexing Services- SIS” (ABŞ), “Directory of Research Journals Indexing” (Hindistan), “Advanced Science Index (ASI)” (Almaniya), “Root Indexing - Journal Abstracting and Indexing Service” (Hindistan), “Eurasian Scientific Journal Index (ESJI)” (Rusiya), “Science Library Index” (Avstraliya), “JI Factor” (ABŞ) beynəlxalq indeskləmə bazalarına daxil edilib. Jurnal, həmçinin Ali Attestasiya Komissiyasının Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.