ELM VƏ TƏHSİL


Azərbaycan Universitetinin “İpək Yolu” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan Universitetinin “İpək Yolu” elmi jurnalının 2019-cu il üçün üçüncü nömrəsi çapdan çıxıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, jurnalın bu nömrəsində iqtisad, filologiya və tarix elmlərinə aid Azərbaycan, ingilis və rus dillərində məqalələr dərc olunub.

“İpək Yolu” jurnalının yeni nömrəsini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq da mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər.

Jurnal Ali Attestasiya Komissiyasının ölkəmizdə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Bundan başqa jurnal bir çox ölkələrin beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.