İDMAN


Azərbaycan Vinq Çun Federasiyasının prezidenti məktəblilərlə görüşüb

Bakı, 9 fevral, AZƏRTAC

Eldar Tağızadə adına 164 nömrəli tam orta məktəbdə Azərbaycan Vinq Çun Federasiyasının prezidenti, Şərq döyüş növləri üzrə beşqat dünya çempionu, Əməkdar məşqçi Asif Sayadov ilə görüş olub.

Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək şagirdlərin idman sahəsində qazandığı nailiyyətlərdən danışıb.

A.Sayadov iştirakçılara özü haqqında, idman sahəsində əldə etdiyi uğurlardan danışıb, idman müəllimlərinə öz tövsiyələrini verib. Şagirdlərin suallarını cavablandırıb.

Sonra məktəbin idman zalında keçirilən yarışda məktəbin idmançıları və A.Sayadovun yetirmələri Avropa və dünya çempionu Arzuman Rəsulzadə, respublika çempionları Şəhanə Lütfəliyeva, Ləman Əsgərli, Turan Əlizadə, Murad Məhərrəmov və Aqşin Əlizadə öz bacarıqlarını nümayiş etdiriblər.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.