İDMAN


Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru yeni beynəlxalq təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru yeni beynəlxalq təyinat alıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli yeni beynəlxalq təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, Çağırış kuboku yarışının 1/32 final mərhələsinin matçlarında supervayzer olacaq.

Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, Z.Gözəlbəyli noyabrın 29-da və 30-da Bakıda qadın voleybolçular arasında keçiriləcək “Azərreyl” (Azərbaycan) - "Slaviya” (Slovakiya) matçlarında hakimlərin işinə qiymət verəcək.

Dərnəgül Voleybol Mərkəzində baş tutacaq oyunlarda ilk gün matçın birinci hakimi Hatice Ozmen Yıldız (Türkiyə), ikinci hakimi isə Simeon İvanov (Bolqarıstan) olacaqlar. İkinci gün isə türkiyəli Hatice Ozmen Yıldız ikinci hakim, serbiyalı Aleksandra Balandzic birinci hakim vəzifəsini yerinə yetirəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.