İDMAN


Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Avropa çempionatına təyinat alıb

Bakı, 6 may, AZƏRTAC

Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının (AVF) Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

AZƏRTAC AVF-yə istinadla xəbər verir ki, N.İsmayılova 16 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin “D” qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Oyunlar mayın 7-9-da Polşanın Valbjix şəhərində baş tutacaq. “D” qrupunda ev sahibləri ilə yanaşı, Litva, Niderland və Fransa milliləri mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.