İDMAN


Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Avropa çempionatının oyunlarına təyinat alıb

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, gənc oğlanlar arasında keçiriləcək U-22 Avropa çempionatının ikinci təsnifat oyunlarına təyinat alıb.

M.Frişman mayın 19-21-də Latviyanın Dauqavpils şəhərində keçiriləcək B qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

Bu qrupda ev sahibləri ilə yanaşı, Farer adaları və Serbiya milliləri mübarizə aparacaqlar. Oyunları bosniyalı Nikola Koziç, ingiltərəli Katarina Kepinova və almaniyalı Rozej Marko idarə edəcəklər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.