SİYASƏT


Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün geniş potensial vardır

Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin sənaye və ticarət naziri Vu Huy Hoanq ilə görüşmüşdür.

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə iqtisadiyyat, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış, hökumətlərarası komissiyanın yaradılması, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, biznes forumların təşkili, müqavilə-hüquq bazasının genişləndirilməsi barədə müzakirələr aparılmışdır. Ölkələrimiz arasında tarixən mövcud olan dostluq münasibətlərinin müasir dövrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük əhəmiyyət daşıdığı bildirilmişdir. Həmçinin əlaqələrimizin inkişafı üçün geniş potensialın olduğu vurğulanmışdır. Son illər Azərbaycanın və Vyetnamın sürətlə inkişaf etdiyi, hər iki ölkənin yerləşdiyi regionda mühüm rol oynadığı bildirilmişdir.

 Tərəflər Azərbaycanın Vyetnamdakı səfirliyi ilə Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəlmişlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.