SİYASƏT


Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini deyən Ziyafət Əsgərov əlaqələrimizin zəngin ənənələrə malik olduğunu söyləyib. Bildirib ki, həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Ziyafət Əsgərov iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Vyetnam Milli Assambleyasının sədr müavini Uong Chu Luu ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib. Diqqətə çatdırıb ki, müxtəlif sahələrdə münasibətlərimiz yüksək səviyyədədir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.