SİYASƏT


Azərbaycan XİN Edvard Nalbandyanın açıqlamasına münasibət bildirib

Bakı, 22 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 22-də ATƏT-in Minsk qrupunun həmsədrləri, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə görüşü nəzərə tutulub. Ermənistan xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq sözügedən görüşlərdə guya prezidentlərin mümkün görüşü və Minsk qrupunun həmsədrlərinin regiona səfəri kimi yalnız protokol xarakterli məsələlərin müzakirə ediləcəyini iddia edir. Bu əsassız iddiası ilə E.Nalbandyan yenə də özünü gülünc vəziyyətinə qoyur və həmsədrləri “ciddi danışıqlar imkanı olmayan” “turist” və ya yalnız “tədbir təşkilatçısı” kimi təqdim etməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Gərgin iş qrafikində həmsədrlərin ABŞ-a gələrək bu görüşləri təşkil etməkdə məqsədləri protokol və texniki məsələlər deyildir. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard Hoaqland tərəfindən münaqişənin həlli planı və prinsipləri geniş ictimaiyyətə açılıb. İndi Ermənistan xarici işlər naziri E.Nalbandyanın timsalında əlacsız şəkildə bundan qaçmağa çalışır.

E.Nalbandyandan fərqli olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov həmsədrlərlə hazırda danışıqlar masasında olan və artıq hər kəsə bəlli olan təkliflər əsasında ciddi və substantiv danışıqlar aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.