SİYASƏT


Azərbaycan XİN Fransanın Qrenobl inzibati məhkəməsinin qərarını alqışlayır

Bakı, 14 iyun, AZƏRTAC

Xarici İşlər Nazirliyi Fransanın Qrenobl inzibati məhkəməsinin Drom departamenti ilə ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma separatçı rejim arasında və bu ölkənin Bur le Valans, Valans, Burq dö Peaj kommunaları ilə Azərbaycanın işğal olunmuş Şuşa, Xankəndi və Xocavənd şəhərlərində qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət” orqanları arasında imzalanmış qeyri-qanuni “sazişlər”in ləğv olunmasına dair cari ilin 6 iyun tarixli qərarını alqışlayır.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir: “Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qərarında olduğu kimi, Qrenobl inzibati məhkəməsinin də qəbul etdiyi bu qərar ölkənin yerli özünüidarəetmə orqanlarının Fransa qanunvericiliyi və beynəlxalq öhdəliklərinə zidd olaraq Azərbaycanın işğal edilmiş əraziləri ilə imzaladığı qanunsuz sənədləri ləğv edir. Bu qərarlar qanunun aliliyi, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin vacibliyinin növbəti təzahürüdür. Hər hansı qanunsuz fəaliyyət, o cümlədən qeyri-qanuni rejimlərin təşviqi məğlubiyyətə məhkumdur. Səylərimizin münaqişənin beynəlxalq hüquq müstəvisində və beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq həllinə yönəldilməsi regiona davamlı sülh, inkişaf və hər kəsə qələbə gətirə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.