SİYASƏT


Azərbaycan XİN: İranda törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İranda törədilmiş terror aktları ilə əlaqədar açıqlama verib.

Açıqlamada deyilir: “İran İslam Respublikasında törədilmiş qanlı terror aktlarını qəti şəkildə qınayırıq. Bu terror aktları nəticəsində həlak olanların ailələrinə, bütün İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik”.

Açıqlamada bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini qətiyyətlə dəstəkləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.