SİYASƏT


Azərbaycan XİN Pakistana başsağlığı verib

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası nəticəsində həyatını itirənlərlə əlaqədar Pakistan xalqına başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, nazir C.Bayramovun tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Allah qəzada həlak olanlara rəhmət etsin, yaralılara isə tezliklə şəfa versin. Həlak olanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk”.

Qeyd edək ki, Pakistanın Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.