SİYASƏT


Azərbaycan XİN: Zəlzələdə sənədləri itənlərin sənədləşdirmə işləri sadələşdirilmiş qaydada aparılır

Azərbaycan XİN: Zəlzələdə sənədləri itənlərin sənədləşdirmə işləri sadələşdirilmiş qaydada aparılır

Bakı, 7 fevral, AZƏRTAC

Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki səfirlik və baş konsulluqlarımız tərəfindən sadələşdirilmiş qaydada həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Türkiyədə zəlzələ nəticəsində Azərbaycan tərəfindən görülən tədbirlər barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 24 saat fəaliyyət göstərən və əməkdaşlar tərəfindən cavablandırılan qaynar xətlərə daxil olmuş vətəndaş müraciətlərinə və əldə edilmiş məlumatlara əsasən, Türkiyənin zəlzələ nəticəsində dağıntılara məruz qalmış vilayətlərində (Kahramanmaraş, Hatay, Adana, Malatya, Qaziantep, Adıyaman, Şanlıurfa, Kilis, Osmaniye, Diyarbakır, Elazığ və Mərsin) məskunlaşan və ya müvəqqəti burada olan Azərbaycan vətəndaşları siyahıya alınır.

Azərbaycana təxliyə edilmək arzusunda olan vətəndaşların bu məqsədlə ayrılmış avtobuslara yerləşdirilməsi təmin edilir. Əlverişsiz hava şəraiti ilə bağlı məhdudiyyətlərin təxliyə prosesinə maneə yaratmaması üçün Türkiyə dövlət qurumları ilə bu məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqlar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.