Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ceyhun Bayramov: Münaqişə zonasında gərginliyin qalmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir

Ceyhun Bayramov: Münaqişə zonasında gərginliyin qalmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir

Moskva, 26 avqust, AZƏRTAC

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfəri ərəfəsində Rusiyanın TASS agentliyinə müsahibə verib.

AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə onun danışıqlarının əsas mövzularından biri rəsmi Bakının Dağlıq Qarabağda münaqişənin nizamlanması perspektivləri barədə mövqeyi məsələsi olacaq. Danışıqlarda, həmçinin Rusiya ilə ali səviyyədə əlaqələr, Ermənistana hərbi yüklər göndərilməsi, habelə koronavirusa qarşı mübarizə məqsədilə Rusiya Federasiyasında yaradılmış vaksini Bakının nə vaxt almağa hazır olacağı barədə müzakirələr aparılacaq.

C.Bayramov qeyd edib ki, Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində mühüm yer tutur. İki ölkə arasında dostluq münasibətləri çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan XİN rəhbərinin sözlərinə görə, onun Moskvaya səfəri çərçivəsində Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən bu yaxınlarda törədilmiş hərbi təxribat məsələsi müzakirə ediləcək.

Səfər müddətində RF hökumətində və Federasiya Şurasında görüşlər nəzərdə tutulur. Bu görüşlərdə iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olacaq.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasından Qoşulmama Hərəkatının indiki lideri olan Azərbaycanın gözləntiləri barədə sualın cavabında bildirib ki, Qoşulmama Hərəkatında sədrlik edən Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə üzrə əlaqə qrupu yaradılıb. Bu il mayın 4-də həmin qrup çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində onlayn görüş keçirilib. Görüşün yekunlarına əsasən Azərbaycan Prezidenti İlham Əliyev bu hərəkatın üzvləri olan bütün dövlətlər adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi mövzusuna həsr edilmiş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs BMT üzvləri olan dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənib. BMT-nin Baş katibi iyulun 10-dan etibarən həmin sessiyanın çağırılmasını elan edib. Hazırda xüsusi sessiyanın modallığı şərtləri üzərində iş aparılır. Nazir deyib: “Hesab edirik ki, bu məsələyə Baş Assambleyanın xüsusi sessiyası çərçivəsində baxılması yeni qlobal böhrana qarşı mübarizədə həmrəy yanaşmanın hazırlanması üzrə təcrübə mübadiləsi, donor resurslarından səmərəli istifadə edilməsi və fəaliyyətin əlaqələndirilməsi üçün optimal imkan verəcək. Xüsusi sessiya çərçivəsində plenar iclasla yanaşı ekspertlərin iştirakı ilə panel diskussiyalarının da keçirilməsi planlaşdırılır. Bu diskussiyaların yekunları pandemiyanın fəsadlarının, o cümlədən onun sosial-iqtisadi sahədə nəticələrinin aradan qaldırılmasına dair konkret tövsiyələr hazırlanmasına töhfə verəcək”.

Azərbaycanın Xarici İşlər naziri TASS agentliyinə müsahibəsində 12 iyul hadisələri ilə əlaqədar Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə də məlumat verib. C.Bayramov vurğulayıb ki, Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə hərbi hücuma məruz qalıb. O deyib: “Erməni tərəfin bu təxribatı təsadüfi hərbi toqquşma deyil. Biz sərhədin Tovuz istiqamətində hücumu Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı hesab edirik. Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etməkdir. Bu hərbi hücum Ermənistan tərəfindən yeni hərbi strategiya əsasında əvvəlcədən planlaşdırılmışdı. Ermənistan Müdafiə nazirinin bəyanatına görə həmin strategiyada “əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq məqsədilə qabaqlayıcı zərbələr vurulması” və “yeni ərazilər uğrunda yeni müharibə” nəzərdə tutur. Ermənistan bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edərək özünün hərbi və siyasi hesablamalarını əsas götürərək bu hücumu törədib. Ermənistan sərhədin Tovuz sahəsini qəfil hücum üçün ən münasib yer hesab edib. Atəşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və fəal hərbi əməliyyatlar zonasına daxil olmayan bu hissədə xeyli silah və sursat cəmləşdirib. Azərbaycanın sərhədyanı ərazilərinin və orada yerləşən mülki obyektlərin intensiv artilleriya atəşlərinə tutulmasının məqsədi dinc əhali arasında vahimə yaratmaq və insanları öz evlərini tərk etməyə məcbur etmək idi. Hücum Azərbaycanın elə bir regionu istiqamətində törədilib ki, orada iri enerji və nəqliyyat infrastrukturu obyektləri yerləşir. Təbii ki, Ermənistanda pandemiya şəraitində gərginləşən daxili siyasi, sosial və iqtisadi problemlər hərbi hücumun vaxtının seçilməsinə təsir göstərib”.

Nazir xatırladıb ki, Azərbaycan silahlı qüvvələri hücumu dəf edib və öz mövqelərini qoruyub. Hərbi baxımdan vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycan mövqelərini atəşə tutmaqda davam edir.

C.Bayramov bildirib: “Gələcəkdə bu cür toqquşmaların qarşısını almaq məsələsinə gəldikdə burada münaqişənin ilkin səbəblərinə diqqət yetirmək lazımdır. Səbəb Ermənistanın Azərbaycana qarşı təcavüzünün və Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Buna görə də bizim fikrimizcə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, gələcəkdə oxşar provokasiyaların təkrarlanmasının qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasının iddia müddəti olmayan və münaqişənin nizamlanmasının əsasını təşkil edən 4 qətnaməsində tələb olunduğu kimi işğalçı qoşunlar Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır. Bu baxımdan biz hesab edirik ki, beynəlxalq birlik, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr Ermənistanı status kvonun saxlanması siyasətindən əl çəkməyə və substantiv danışıqlara başlamağa məcbur etməlidir. Bu danışıqların çərçivəsi BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd edilən qətnamələri və ATƏT-in qərarları ilə, ilk növbədə 1994-cü il Budapeşt sammitinin sənədləri ilə müəyyən edilib. Sənədlərə əsasən həmsədr ölkələr silahlı münaqişənin dayandırılması barədə tezliklə saziş bağlanması vəzifəsini qoyur. Bu sazişin icrası silahlı münaqişənin nəticələrini aradan qaldıracaq və siyasi məsələlərin həlli üçün şərait yaradacaq.

Azərbaycan XİN rəhbərinin fikrincə, münaqişə zonasında gərginliyin saxlanmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Nazir deyib: “Deməli, işğalın özünü aradan qaldırmaq, yəni Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmaq lazımdır. Danışıqların predmeti məhz işğalçı qüvvələrin çıxarılması qrafikinin razılaşdırılmasından ibarət olmalıdır. Biz monitorinq məsələsinə qoşunların çıxarılması və doğma yerlərindən qovulmuş əhalinin geri qaytarılması kontekstində baxırıq. Bu istiqamətdə sonrakı fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır”.

C.Bayramov xatırladıb ki, Minsk qrupunun həmsədrləri bu ilin payızında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək istəyirlər, lakin Ermənistanın hərəkətləri vasitəçilərin səylərini faktiki olaraq heçə endirir. Azərbaycanın Dağlıq Qarabağ regionunda və işğal edilmiş digər ərazilərində münaqişənin nizamlanması prosesinin Ermənistan tərəfindən pozulması təkcə iyulun 12-də baş vermiş hərbi hücumla məhdudlaşmır. Ermənistan rəhbərliyi müharibənin nəticələrinin təsbit edilməsinin zəruri olduğunu bəyan etməklə, ərazilərin azad olunması imkanını istisna etməklə, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirilməsi barədə təhdidlərlə, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılması siyasətini davam etdirməklə və beləliklə həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməklə danışıqların bərpa olunması şanslarını heçə endirir. Ermənistan tərəfinin aqressiv bəyanatlarının və təhrikçi addımlarının siyahısını davam etdirmək olar. Belə şəraitdə xarici işlər nazirlərinin görüşünün tarixi barədə danışmaq tez olardı. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan tərəfin Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üzrə substantiv danışıqlar aparılmasına və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsində və ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında nəzərdə tutulduğu kimi silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılmasına hazır olmasına zəmanət verilməsini gözləyirik. Belə razılaşmaların reallaşdırılması gələcəkdə siyasi məsələlərin müzakirəsinə başlamağa imkan verəcək.

Nazir xatırladıb ki, Ermənistana hərbi yüklər göndərilməsi barədə xəbərlər, xüsusən Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində təcavüzkar Ermənistanın silahlı hücumlarının fəallaşması fonunda Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaxın vaxtlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə strateji tərəfdaşlıq, etimada əsaslanan dialoq və iki prezidentin qarşılıqlı hörməti ruhunda telefon söhbəti zamanı bu məsələni qaldırıb. Ermənistan rəhbərliyinin aqressiv ritorikası və silahlı provokasiyaların intensivliyinin artması fonunda Ermənistan tərəfə silahlar göndərilməsi gərginliyin eskalasiyası riski yaradır, münaqişənin dinc yolla nizamlanması prosesini zəiflədir və bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır.

Azərbaycan XİN rəhbəri TASS agentliyinə müsahibəsində koronavirusa qarşı vaksinin alınması və təhsil sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb